AZ

Bakıda qətlə yetirilən polis əməkdaşı Mirəli Heydərov Kürdəmirdə dəfn olunub - FOTO

Bakıda
Bakıda xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilən polis serjantı Mirəli Heydərov dəfn olunub. 1news.az APA-ya istinadən xəbər verir ki, şəhid polis əməkdaşı Kürdəmir rayonunun Cəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasmində rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. Qeyd edək ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına əsasən, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını - polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev, Mirəli Heydərovdur.və 1 nəfər mülki vətəndaşı qətlə yetirib. Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
41
1news.az

10Mənbələr