AZ

“Hacı Şahin rəhmətə gedəndən sonra Azərbaycana köçmək fikrindən daşındıq”

Sosial şəbəkədə mərhum ilahiyyatçı Hacı Şahin Həsənli ilə bağlı paylaşım onu sevən insanları duyğulandırıb.

TEMPİNFO xəbər verir ki, Avropa ölkələrindən birində yaşayan həmyerlilərimizdən biri din xadimin ölümündən sonra Azərbaycana gəlmək fikrindən daşınıb.

Belə ki, “Nisa gün” adlı sosial şəbəkə istifadəçisi Hacı Şahin Həsənli ilə bağlı postun rəy bölməsinə yazıb:

“Avropada yaşayırıq. İllərdir, pul toplayırdır ki, Hacıya yaxın olmaq üçün “Məşədi Dadaş” məscidinin yanında ev alaq. O gedən gündən sonra fikrimizdən daşındıq ki, daha Azərbaycana qayıtmayaq. Arzularım ürəyimdə qaldı”.

Mərhum ilahiyyaçı barədə xatirələrini bölüşənlərdən biri deyir ki, o, yaxın ətrafına israrla Azərbaycanda qalmağı tövsiyə edib, həmçinin xarici ölkələrə gedənlərə geri dönməyi və insanlara xidmət etməyi tövsiyə edib.

Xatırladaq ki, tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli 2023-cü ilin mart ayında ürəktutmasından dünyasını dəyişib.

TEMPİNFO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
tempinfo.az

2Mənbələr