AZ

"Karantin rejiminin uzadılması təhlükəsizliklə də bağlıdır" - Deputat

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Mili Məclisin deputatı Ceyhun Məmmədov BiG.AZ-a bildirib ki, karantin rejiminin bir müddətlik uzadılması normaldır:
"Nəzərə almalıyıq ki, pandemiya hələ bitməyib. Eyni zamanda bu qərar təhlükəsizliklə də bağlıdır. Bu gün həm regionda, həm dünyada gərginliyin olduğu dövrdə tələsik qərarın qəbul edilməsi yanlış olardı. Gözləməli, səbr etməliyik. Nə zaman uyğun olacaqsa, o zaman dövlətimiz qərar qəbul edəcək. İnsanlarımız bir müddət təmkinli olmalıdırlar".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
big.az

1Mənbələr