AZ

Rusiyanın Şimali Koreya ilə müdafiə sazişi Çinlə problemlərə səbəb ola bilər

Rusiyanın

Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya ilə qarşılıqlı müdafiə sazişi uzun müddətdir ki, təkbaşına dövlətin əsas müttəfiqi olan Çinlə sürtüşmə yarada bilər.

Reyting.az
“Reuters”ə istinadla bildirir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin generalı və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Braun deyib.

“Hazırda bizi itələyən başqa biri var, ona görə də bu, Çin və Rusiya arasında daha da gərginliyə səbəb ola bilər”,- o qeyd edib. Onun fikrincə, bunun necə olacağını görmək maraqlıdır.

Təhlilçilər deyirlər ki, çərşənbə günü imzalanan pakt Pekinin iki qonşusu üzərində təsirini sarsıda və artan qeyri-sabitlik Çinin qlobal iqtisadi və strateji ambisiyalarına zərər verə bilər.

Cümə axşamı Putin deyib ki, Rusiya Şimali Koreyaya silah verə bilər və onun fikrincə, bu, Qərbin Ukraynanı silahlandırmasına cavabı olacaq.

Braun ABŞ-nın razılaşma ilə bağlı narahatlığını etiraf edib. Lakin o, eyni zamanda Moskvanın Şimali Koreyaya istədiyi “hər şeyi” verəcəyinə şübhə etdiyini bildirib.

ABŞ rəsmiləri Şimali Koreyanın Rusiyadan döyüş təyyarələri, yer-hava raketləri, zirehli maşınlar, ballistik raket istehsalı avadanlıqları və ya materialları, digər qabaqcıl texnologiyalar almağa çalışdığına inandıqlarını bildiriblər.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
reyting.az

1Mənbələr