AZ

Baş nazirin müavini: Qazaxıstan Orta Dəhlizin inkişafına töhfə verir

Baş

Astana, 24 iyul, AZƏRTAC

Qazaxıstan ölkənin tranzit potensialının gücləndirilməsinə yönəlmiş irimiqyaslı infrastruktur layihələrini həyata keçirməklə Orta Dəhlizin inkişafına fəal kömək edir.

AZƏRTAC Qazaxıstan mediasına istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarov bildirib.

Onun sözlərinə görə, tikintisinə start verilmiş yollarda işlər bu il başa çatdırılacaq.

“Bunlara Taldıkorqan-Oskemen avtomobil yolu, Astana-Almatı yolunun yenidən qurulması, Balxaş ətrafında və bəzi qərb bölgələrində yolların yenidən qurulması və tikintisi daxildir. Bütün bu layihələr ölkənin tranzit potensialını inkişaf etdirməyə və Qazaxıstanın Mərkəzi Asiya regionunda əsas tranzit qovşağı kimi mövqeyini möhkəmləndirməyə yönəlib. Bu layihələrin həyata keçirilməsi, əlbəttə ki, Orta Dəhlizin inkişafına töhfə verir”, - deyə Nurlan Baybazarov qeyd edib.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrindən keçən beynəlxalq nəqliyyat dəhlizidir. Bu marşrutun inkişafı regionlararası iqtisadi əlaqələrin möhkəmlənməsinə və ticarət həcmlərinin artmasına şərait yaradacaq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
azertag.az

2Mənbələr