AZ

“Sabah” Xorvatiyadan futbolçu gətirir

“Sabah” heyətini gücləndirməyə hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə Xorvatiyanın “Germanijak” nəşri məlumat yayıb. Bildirilib ki, Azərbaycanı Konfrans Liqasında təmsil edəcək paytaxt təmsilçisi “Slaven”in yarımmüdafiəçisi İvan Lepinitsaya “elçi düşüb”. Hətta klublar arasında ilkin razılığın əldə olunduğu vurğulanıb. “Sabah”ın bu keçid müqabilində xorvatiyalılara 400 min avro ödəməsi gözlənilir. 24 yaşlı dayaq yarımmüdafiəçisi yeni mövsümdən həmyerlisi Krunoslav Renduliçin rəhbərliyi altında oynayacaq. Qeyd edək ki, İvan Lepinitsa ötən mövsüm “Slaven”in heyətində 28 oyun keçirib, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
matc.az

1Mənbələr