AZ

"Sabah"ın xorvatiyalı baş məşqçisi xorvatiyalı futbolçunu yanına gətirir

Yeni mövsümə hazırlaşan "Sabah" yeni transfrə hazırlaşır. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiya "Slaven"indən İvan Lepinitsa ilə razılaşıb.
 
Bu barədə Xorvatiya mətbuatı xəbər yayıb. Qeyd olunub ki, iki klub 24 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəlib. "Sabah"ın bu transfer üçün qarşı tərəfə  400 min avro təzminat ödəyəcəyi də bildirilib.
 
Qeyd edək ki, İvan Lepinitsa ötən mövsüm "Slaven"də 28 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.  O, Xorvatiyada "Riyeka" və "Zadar" Almaniyada isə "Arminiya" klubunda çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
sport24.az

1Mənbələr