AZ

Daha 10 müəllim sertifikatlaşdırma imtahanında 60 bal toplayıb - SİYAHI

Bakı. Trend:

22 və 24 iyun tarixlərində keçirilmiş sertifikatlaşdırmaimtahanında 10 müəllim maksimum (60 bal) nəticə göstərib.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi" qəzetindəqeyd edilib.

Bildirilib ki, onlardan biri ibtidai sinif, 9-u ingilis dilimüəllimidir.

İmtahanda 60 bal toplamış müəllimlərin siyahısını təqdimedirik:

1. Aslanova Səbinə İnqilab qızı
2. Əliyeva Aynurə Dilqəm qızı
3. Əliyeva Dünya Nazim qızı
4. Nərimanova Tərgül Qurban qızı
5. Pirəliyeva Xavər Elşad qızı
6. Ağayeva Sevinc İdris qızı
7. Abbasova Əsmər Asim qızı
8. Eyvazova İnci Murad qızı
9. Hüseynova Sülhiyyə Cəmil qızı
10. İbrahimova Aysel Şakir qızı

Maksimal bal toplayan müəllimlərin hamısı tədris Azərbaycan dilindəaparılan ümumi təhsil müəssisələrində çalışanlardır.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətindətəhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına,tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdimedilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələninnəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdəproqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başaçatdıqdan dərhal sonra namizədə elan edilir.

Test imtahanında azı 30 bal toplamış təhsilverənlərsertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququqazanırlar.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixliqərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinintəhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraqtədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticəgöstərənlərin vəzifə maaşlarına əlavələr edilir.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlbolunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifəmaaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10faiz artım tətbiq edilib. Cari ildə isə 30 mindən çox təhsilverənsertifikatlaşdırma prosesində iştirak edib. Sertifikatlaşdırmadankeçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davametdirmək üçün sertifikat əldə edirlər. Yaşı 60-dan yuxarı olanmüəllimlərin imtahanda iştirakı könüllüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
18
az.trend.az

10Mənbələr