AZ

Aylıq gəliri 3-5 min manat olan tədris mərkəzi 40 min manata satılır

500 nəfərdən çox tutumu olan təhsil mərkəzi satılır. Hazırda mərkəzdə 300-dən çox şəxs təhsil alır.

Valyuta.az xəbər verir ki, şirkət 2021-ci ildə yaranıb, aylıq gəliri bütün xərclər çıxıldıqdan sonra minimum 3 min, maksimum 5 min manat civarında olur. Binanın icarə haqqı 2 min 800 manatdır, icarə müqaviləsi 4 illik (2024-2028) imzalanıb. Biznesin satış qiyməti 40 min manatdır. 

Mərkəzin faəliyyəti:

- “İlk Uğurlarım” inkişaf dərnəyi (3-6 yaş, həftənin 6 günü) 

- Məktəbəqədər hazırlıq (4-6 yaş) 

- İbtidai sinif hazırlığı (1-4 siniflərin ev tapşırıqlarının həlli) 

- Fənn hazırlıqları (1 -11 sinif) 

- Azərbaycan dili, İngilis dili, Riyaziyyat, Rus dili, Biologiya, Kimya və s. fənnlər

- Magistratura hazırlığı 

- YÖS, MİQ, IELTS, TOEFL 

- Gimnastika (bədii və müalicəvi) 

- 3-15 yaş - İdman (Kempo, Kontakt Karate, Ciu Citsu) 

- 4+ yaş - Rəqs - Milli və Xarici (uşaqlar və böyüklər) 

- Rəsm 3 yaş (uşaqlar və böyüklər) 

- Musiqi (piano, skripka, gitara və s.) 

- Şahmat 4 yaş 

- Fitness və Müalicəvi idman (sadəcə qız uşaqları və xanımlar)

 - Müalicəvi və Arıqladıcı masaj 

- Loqoped, Psixoloq, Surdoloq 

- Məntiq dərsləri 

Mərkəzin federasiyalar, nazirliklər və digər qurumlarla əlaqələr qurulub.  Bütün istiqamətlər peşəkar dərəcədə keçirilir. İdman, gimnastika və rəqs komandaları dövlət və özəl qurumların tədbirlərində, yarışlarında, çempionatlarında iştirak edərək qızıl, gümüş, bürünc medallar və kuboklar qazanıblar və mütəmadi olaraq iştirak edirlər. Digər istiqamətlər (Rəsm, şahmat və s.) efir tədbirləri, sərgilərdə, turnirlərdə iştirak edərək şirkətə uğur qazandırıblar.

Şirkət 3 mərtəbəli böyük və hər şəraiti olan ayrıca tikilidə fəaliyyət göstərir. Binanın hər bir şəraiti var. Binanın 1-ci mərtəbəsi 2024-cü ilin mart ayında təmir olunub. Yuxarı mərtəbələri 2023-ci ilin oktyabr ayında təmir olunub.

Filial 1-in ünvanı: Dərnəgül metrosunun ətrafı, 7-ci mkr., Süleyman Sani Axundov 355 

Filial 2-nin ünvanı: Əcəmi m. Asif Məhərrəmov 169b 

Mərkəzin şəkilləri və videoları maraqlanan şəxslərə göndəriləcək.

Maraqlanan şəxslər 055-402-46-07 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
valyuta.az

1Mənbələr