AZ

Sülhün əksər elementləri razılaşdırılıb, fikrimcə... - Klaar

Son aylarda sülh danışıqlarında beynəlxalq iştirak əvvəlki iki illə müqayisədə daha məhdud olsa da, biz Ermənistan-Azərbaycan ikitərəfli görüşlərində əldə olunan irəliləyişi qeyd etməkdən məmnunuq.

Axar.az xəbər verir ki, bunu Report-a müsahibəsində Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

O bildirib ki, COP29 üzrə 7 dekabr 2023-cü il tarixli Birgə Bəyanatı, məhbusların azad edilməsi və ya 1991-ci il Almatı Bəyannaməsinin sərhədlərin delimitasiyası işlərinin əsası kimi əhəmiyyətini bir daha təsdiqləyən 19 aprel 2024-cü il tarixli sərhəd razılaşmasını və sonradan həyata keçirilən delimitasiya və demarkasiya kimi müsbət irəliləyişləri təqdir etdik:

“Bütün bunlar çoxdan gözlənilən sülh müqaviləsinin bağlanması üçün əlverişli zəmin yaradıb və müşahidələrimə əsasən, tərəflər indi siyasi iradə ilə çox tezliklə imzalana biləcək sazişə həmişəkindən daha yaxındırlar.

Bu yazın son onilliklərdə bölgədə ən sakit dövrlərdən biri olması faktını da alqışlamaq lazımdır. Tərəflərin düzgün yolda olduğuna inanıram. Ümid edirəm ki, müsbət irəliləyişlər davam edəcək və tezliklə növbəti konkret razılaşmalar və digər etimad quruculuğu tədbirləri əldə olunacaq. Artıq sülh müqaviləsinin əksər elementləri razılaşdırılıb və fikrimcə, qalan məsələlər də asanlıqla qəbul edilə bilər. Həmişə olduğu kimi, Aİ istər tərəflərin görüşlərini asanlaşdıraraq və ya görüşlərə ev sahibliyi edərək, istərsə də sülh sazişinin imzalanmasından sonra daha əməkdaşlığa meyilli və bir-birinə bağlı Cənubi Qafqaz inşa etmək üçün sülhün yaratdığı əlverişli imkanlarla tərəflərin faydalı hesab edə biləcəyi istənilən formada prosesi dəstəkləməyə hazırdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
8
axar.az

8Mənbələr