Çexiyanın xarici işlər naziri Yan Lipavski iyunun 25-də Türkiyəyə rəsmi səfər edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlərin, eləcə də Türkiyə-Avropa İttifaqı münasibətlərinin, cari beynəlxalq və regional hadisələrin müzakirə olunması nəzərdə tutulur.
Leyla SƏMƏNDƏRMissiya.Az