AZ

“Fəlakət peyğəmbəri” dəqiq tarix verdi: 2029-cu ildə dəhşətli hadisələr..

“2029-cu ildən sonra həqiqətən də dəhşətli bir şey baş verəcək”.

Medianews.az xəbər verir ki, bu barədə hindli öngörücü Abiqya Anand deyib.

Son illər ekstrasens Abiqya Anand dünya ilə bağlı qorxulu proqnozlar verir. 18 yaşlı gənc mütəmadi olaraq YouTube kanalında dünyadakı siyasi, iqtisadi və ekoloji dəyişikliklərdən bəhs edir. Onun sözləri dəfələrlə reallıqda öz təsdiqini tapıb. Özünü doğruldan son proqnoz Türkiyədə dəhşətli zəlzələdir.

Anand bu yaxınlarda yeni bir video ilə çıxış edib. O videoda dünyanın gələcəkdə necə olacağı barədə proqnozlar verib.

Öngörücünün fikrincə, 2024 və 2025-ci illərdə 1964-1965-ci il hadisələri ilə etibarlı paralellik aparmaq olar.

“Əvvəlki videolarımda artıq bəzi ciddi riskləri vurğulamışam və Cənub-Şərqi Asiya üçün təhlükəsizlik təhdidini də vurğulamaq istəyirəm. Pakistan bu il ciddi problemlərlə üzləşib və bu, şübhəsiz ki, qonşuların diqqətli olması üçün bir səbəbdir. Çünki yaralı və qəzəbli pişik çox vaxt xoşbəxt pələngdən daha qəddar olur”, – Anand deyir.

O, hava dəyişikliyini də şərh edib: bu yaxınlarda şiddətli quraqlıq olan yerdə vəziyyət əksinə olacaq. Buna görə də bəzi ölkələri daşqınlar gözləyir. Lakin o konkret olaraq ölkələrin adını çəkməyib.

Onun  sözlərinə görə, biz Rusiya ilə Ukrayna arasında münaqişənin sona çatması barədə eşidə bilərik. Bununla belə, bir neçə ildən sonra vəziyyət çox güman ki, yeni güclə alovlanacaq.

“2029-cu ildən sonra qarşıdurmanın yenidən başlaması ehtimalı var. Belə görünür ki, 2029-cu ildən sonra həqiqətən də dəhşətli bir şey baş verəcək. Bunun nə olacağını dəqiq deyə bilmərəm, amma bu, mütləq dəhşətli bir şey olacaq. İndi mənim 2029-cu ildən 2032-ci ilə qədər vaxt çərçivəm var. Amma dəqiq nə olacaq və harada, hələ bilmirəm. Mən hələ də bunu müəyyən etməyə çalışıram”,- deyə hindli ekstrasens vurğulayıb.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
medianews.az

1Mənbələr