AZ

Sabah Aİ-də Ukraynaya dair danışılar başlayır

Sabah Ukraynanın Aİ-yə daxil olması üzrə danışıqlar başlayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "X" sosial şəbəkəsində yazıb.

O, Rusiya iqtisadiyyatını daha da boğmaq üçün Aİ-nin 14-cü sanksiyalar paketinin əhəmiyyətini vurğulayıb və Aİ-nin dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maraqları naminə istifadəsinə dair son addımlarını alqışlayıb.

Kuleba hərbi yardımın, xüsusilə də hava hücumundan müdafiə sistemlərinin tədarükünün sürətləndirilməsinin vacibliyini qeyd edib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
yenisabah.az

1Mənbələr