AZ

30 illik fasilədən sonra Əlcəzair və Tunis qatar xidmətləri yenidən başlayır

 

  Əlcəzair və Tunis arasında qatar xidmətlərinin təxminən 30 illik fasilədən sonra yenidən istifadəyə veriləcəyi açıqlandı.

  Əlcəzair Gömrük İdarəsi Əməliyyat müdiri Əbdünnasser Hantut Tunisə qatarların hərəkətinin bərpası ilə bağlı dövlət radiosuna müsahibəsində deyib: “İki ölkə arasında qatar xidmətlərinin bu yay başlaması planlaşdırılır.

  Əlcəzairdən çıxan sərnişinlərin heç bir problem olmadan sərhədi keçməsini təmin etmək üçün sərhəd polisi və milli dəmir yolu şirkəti ilə işlər davam edir. Ölkə sərhədindəki Suk Ahras stansiyasında keçidlər təsdiqlənməlidir”.

  Əlcəzair mətbuatı Tunisə qatar səfərlərinin ölkənin Fransadan müstəqillik qazandığı iyulun 5-də başlayacağını yazıb.

  Qeyd edək ki, 1990-cı illərdə Əlcəzairdə "qaranlıq dövr" adlandırılan vətəndaş müharibəsi zamanından Əlcəzair və Tunis arasında dəmir yolu əlaqəsi dayandırılıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
trt.net.tr

2Mənbələr