AZ

Ukrayna son sutkada 735 əsgər itirib

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov Ukraynanın son sutka ərzində verdiyi itkiləri açıqlayıb. News365.az xəbər verir ki, o, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri "Cənub" və "Dnepr" hərbi qruplarının fəaliyyət göstərdiyi istiqamətlərdə ümumilikdə 735-ə yaxın əsgər və iki tank itirdiyini deyib.

"Cənub" Qüvvələr Qrupunun bölmələri cəbhə xəttində vəziyyəti öz xeyirlərinə yaxşılaşdıraraq, Ukrayna Silahlı Qüvvələrinin "Donetsk Xalq Respublikasını" Konstantinovka və Kuraxovo rayonlarında yerləşən iki briqadasının şəxsi heyətinə və texnikasına zərbələr endirib", - o, qeyd edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
news365.az

1Mənbələr