AZ

AVRO-2024: Tarixi matçlardan biri olacaq

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AVRO-2024-ün qrup mərhələsinin III turunda İtaliya ilə keçiriləcək oyunu dəyərləndirib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis onları tarixi görüş gözlədiyini bildirib. “Bu, bizim üçün bir sıra tarixi matçlardan biri olacaq. Hazırıq və əminəm ki, hər şey yaxşı olacaq. Vidadan başqa hamı sağlamdı - o, start heyətdə olmayacaq. Qalanlarının durumu yaxşıdı. Vəziyyətdən xəbərdarıq ki, bizim üçün nokaut mərhələsi artıq başlayıb. Bizə yalnız qələbə lazımdı – üç xal komandamızı irəli aparacaq. İstənilən başqa ssenari bizi evə göndərəcək. Evə belə tez getmək istəmirəm”, - deyə Xorvatiya millisinin çalışdırıcısı söyləyib. Qeyd edək ki, Xorvatiya – İtaliya oyunu bu gün keçiriləcək. Hazırda B liqasında İtaliyanın 3, Xorvatiyanın 1 xalı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
matc.az

1Mənbələr