AZ

Viktor Orban Avropa Komissiyasının Prezidentini dəyişdirməyə çağırıb

Viktor

Budapeşt, 24 iyun, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban Ursula Fon der Lyayenin Avropa Komissiyasının (AK) Prezidenti vəzifəsindən dəyişdirilməsinə çağırıb və son beş ili Avropa İttifaqı (Aİ) tarixində ən pis dövr adlandırıb.

AZƏRTAC xəbər verir ki, Macarıstanın lideri bu təkliflə Almaniyanın “Funke” media qrupuna müsahibəsində çıxış edib.

Fon der Lyayenin ikinci müddətə təyin olunmasına niyə mane olduğunu izah edən Orban bu addımını onun aşağı səviyyədə fəaliyyəti ilə əsaslandırıb.

“Yaşıl transformasiya tamamilə uğursuz idarəetmədir, miqrasiya paketi problemi həll etmir. Avropanın daha effektiv liderliyə ehtiyacı var, bunu edə biləcək kifayət qədər istedadlı siyasətçilər mövcuddur”, -deyə Baş nazir bildirib.

Orban qeyd edib ki, Avropa Parlamenti seçkilərində insanlar Brüsseldə dəyişiklik istədiklərini nümayiş etdiriblər. “Son beş il Aİ tarixində bəlkə də ən pis dövr olub. Avropa Komissiyasının və Brüssel elitasının tərəqqi tempi zəifdir. Amma vəziyyətin indiki mənzərəsinə baxsaq, eyni hakim koalisiya hakimiyyətdə qalacaq. Mən hazırda baş verən proseslərdən razı deyiləm”, -deyən Baş nazir Aİ-də “struktur problemi” olduğunu qeyd edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
azertag.az

1Mənbələr