AZ

Məşhur aktyor qəzaya düşdü

Məşhur aktyor İbrahim Çelikkol motosikleti ilə qəza törədib. Son anda yanacaqdoldurma məntəqəsinə girməyə qərar verən sürücü yoldan çıxıb və Çelikkolu vuraraq onu yaralayıb.

News24.az xəbər verir ki, qəfildən sağ tərəfdən gələn maşının fərqinə varmayan Çelikkol zərbənin təsirindən yerə yıxılıb, qabırğasından və çiynindən xəsarət alıb.

Qəzadan sonra həm sürücü, həm də ətrafdakılar Çelikkola kömək etməyə başlayıblar. Qabırğasından və çiynindən yüngül xəsarət alan aktyorun köməyinə sevgilisi Natali Yarcan da gəlib.

Yarcan Çelikkolu xəstəxanaya aparıb. Xoşbəxtlikdən Çelikkolun zədələrinin ciddi olmaması hər kəs üçün böyük təsəlli olub.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
news24.az

1Mənbələr