AZ

Yunis Hüseynovdan günün PROQNOZLARI

“Albaniya – İspaniya oyunu çox maraqlı olacaq”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov deyib.

O, AVRO-2024-də bu gün keçiriləcək 2 oyununu şərh edib.

Hüseynov bildirib ki, B qrupunda baş tutacaq Albaniya – İspaniya matçında ikincilər favoritdir: “İspanlar hər iki oyununda qələbə qazanıblar. Albaniya da zəif deyil. Bu il özünü yaxşı mənada göstərə bilir. Keçən oyunda da Xorvatiya ilə heç-heçə etdilər. Fikrimcə, meydana 3 xal arzusu ilə çıxacaqlar. Albaniya üçün çətin olacaq. Düzdür, yaxşı müdafiə olunmağı bacarırlar. Buna baxmayaraq, bugünkü oyunda İspaniya favoritdir. Hətta onlar Avropa çempionluğuna namizəddirlər. Özüm də finalda İspaniya - İngiltərə qarşılaşmasının olacağını düşünürəm.”.

Təcrübəli mütəxəssisin sözlərinə görə, eyni qrupda keçiriləcək Xorvatiya – İtaliya matçı gərginliyi ilə fərqlənəcək: “Xorvatiya Avropa üçüncüsü olub. Amma əfsuslar olsun ki, bu dəfə özünü yaxşı göstərə bilmir. İtaliya da istənilən kimi oynamır. Hər iki komandaya qələbə lazım olacaq. Nəfəskəsici mübarizə olacaq. Futbolçuların da gərgin olacağını düşünürəm. Az da olsa, İtaliyaya üstünlük verirəm. Bir sözlə, axşam bizi iki yaxşı oyun gözləyir”.

Qeyd edək ki, bugünkü qarşılaşmalar saat 23:00-da start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
idman.biz

1Mənbələr