AZ

Aİ "Apple"a qarşı yeni araşdırma başladıb

Avropa İttifaqı (Aİ) texnologiya şirkəti "Apple"ın "App Store" tətbiqləri ilə Aİ-nin texnologiya qaydalarını pozmaqda günahlandıraraq şirkətə qarşı yeni araşdırma başladıb.

"Operativ Media" xəbər verir ki, Aİ Komissiyası Rəqəmsal Bazarlar Aktı çərçivəsində açılan araşdırma ilə bağlı "Apple"a rəsmi bildiriş göndərildiyini açıqlayıb.

Bildirilib ki, tətbiqlərini "App Store" üzərindən yayan tərtibatçılar Aİ qanunları çərçivəsində müştərilərini alternativ və daha ucuz satın alma variantları haqqında pulsuz məlumatlandırmalı və onları bu təkliflərə yönəltməlidirlər. 

"Apple"ın bu sahədə qeyri-adekvat olduğu, şirkətin proqram tərtibatçıları ilə münasibətlərini tənzimləyən şərtlərinin, o cümlədən "App Store"un yönləndirmə qaydalarının Aİ qaydalarındakı kriteriyalara uyğun olmadığı qeyd olunub.

Aİ texnologiya qaydalarına əsasən, "Apple" və rəqəmsal platformalar kimi böyük şirkətlər daha sərt qaydalara tabedir. Aİ-nin rəqəmsal qanunlarını pozan şirkətlər qlobal dövriyyənin 10 faizinə qədər cərimələnə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
operativmedia.az

2Mənbələr