AZ

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxacaq

Bakı. Trend:

İyunun 24-də Azərbaycan Respublikası Konstitusiya MəhkəməsininPalatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Trend-əbildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “KonstitusiyaMəhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, AzərbaycanRespublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQRnömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənarseçkilərin təyin edilməsi haqqında Azərbaycan RespublikasınınPrezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında AzərbaycanRespublikası Milli Məclisinin buraxılmasının və növbədənkənarseçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasınauyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusunabaxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardadqəbul edilib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə KonstitusiyaMəhkəməsi Plenumunun iyunun 27-də saat 10:00-a təyin edilmişiclasında baxılacaq.

Seçilən
121
47
az.trend.az

10Mənbələr