AZ

Erməni ekspertdən Paşinyanla bağlı İLGİNC AÇIQLAMA 

“Baş nazir Nikol Paşinyanın hakimiyyəti əlində saxlamasının qiyməti Ermənistana qarşı yeni hücum ola bilər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Ervand Bozoyan söyləyib.

“Nikol Paşinyan öz hakimiyyətini saxlamaq naminə ABŞ-la strateji dialoqu strateji tərəfdaşlıq səviyyəsinə keçirərək yeni platforma yaratmağa çalışır. Bununla yanaşı, həm Rusiya, həm də İran Cənubi Qafqazda qeyri-regional qüvvələrin mövcudluğunun gücləndirilməsini qəbul etməyəcəklərini dəfələrlə rəsmi şəkildə bildiriblər. O zaman Nikol Paşinyanın hakimiyyətdə qalması nəyə gətirib çıxara bilər? Qərb hesab edir ki, “dəhliz” ABŞ tərəfindən idarə olunmalıdır, lakin Rusiya Federasiyası və İran üçün bu halda onun Azərbaycan tərəfindən idarə olunması daha sərfəlidir. Bu o deməkdir ki, onlar (Rusiya Federasiyası və İran) Bakıya “dəhlizi” zorla ələ keçirmək üçün kart-blanş verə bilərlər. Bu, əslində Vaşinqtona da yaraşır. ABŞ nə qədər bəyanatlar versə də, nə qədər qəzəbli olsa da strateji baxımdan bu cür hadisələrdən faydalanır. Başqa sözlə, Nikol Paşinyan göründüyündən qat-qat böyük təhlükə yaradır”, - deyə Bozoyan bildirib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
musavat.com

2Mənbələr