AZ

Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanına gedir

"Yuventus"un təcrübəli qapıçısı Voyçex Şesni ərəblərin radarına düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qapıçı Kriştiano Ronaldonun oynadığı "Al Nassr"la prinsipial razılığa gəlib.

Məlumatda müqavilənin müddəti açıqlanmasa da, 34 yaşlı polşalı qolkiper illik 19 milyon avro qazanacaq: ""Yuventus"la daha bir il müqaviləsi olan təcrübəli qapıçı üçün "Əl Nəsr" İtaliya klubuna 4 milyon avro ödəyəcək. Təcrübəli qolkiperin transferinin bir neçə gün ərzində rəsmən elan olunacağı  gözlənilir".

Fərid

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
mia.az

1Mənbələr