AZ

"Çəkdiyim bütün videolar çox xoş qarşılanır və maraqla izlənilir" - TikTokdanÖyrən layihəsinin qalibi ilə müsahibə

Bu yaxınlarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, TikTok video platformasının təşəbbüsü ilə keçirilən #TikTokdanÖyrən layihəsinin qaliblərindən biri də Əziz Abbasov olub. "TikTok-da kəşf" kateqoriyasının qalibi olan Ə. Abbasovun onun avtomobil təmiri ilə bağlı videoları müsabiqənin bütün müddəti ərzində ümumilikdə ən yüksək baxış sayı toplayıb.

Ə. Abbasovla müsahibəni təqdim edirik:

- Özünüz haqqında bir az məlumat verə bilərsinizmi?

- Mən , Abbasov Əziz Nadir oğlu , 03.09.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. 30 illik həyat təcrübəmdə idman, təhsil, sənət və digər sahələrdə müvəffəqiyyətlər əldə etmişəm, Hazırda Avto Servisdə Avto Diaqnostika və Elektrik sahəsində fəaliyyət göstərirəm.

- Nə vaxtdan TikTok-dasınız? Bu platformanı seçməyə sizi nə vadar etdi? Sizi buna cəlb edən nədir?

- Uzun zamandır Tik Tok-dan istifadəçisiyəm. Sadəcə bu əvvəllər bu platformanı şəxsi hesabım kimi istifadə edirdim. Daha sonra iş fəaliyyətlərimi paylaşmaq qərarı aldım və paylaşımlarım çox sayda baxış yöğdı. Hal-hazırda da gördüyüm işləri çəkib paylaşıram və cəmiyyətdə çox maraqla qarşılanır. İşlərimə belə marağın olması, videolarımın belə baxış yığması mənə motivasiya verir.

İzləyicilərinizin sevimli videosu hansıdır və onlar bunu niyə sevirlər?

- Demək olar ki, çəkdiyim bütün videolar çox xoş qarşılanır və maraqla izlənilir. Buna səbəb isə videoları ətraflı izahla, maarifləndirici kontentdə hazırlamağımdır.

- Maşın ustası işləyirsiz. Necə oldu ki, bu peşəni seçdiz? Neçə ildir bu işlə məşğulsuz?

- Bəli , artıq 10 ildən çoxdur ki, bu sahədə çalışıram. Əslində bu sahəni seçməyim valideynlərimin istəyi ilə olub. Uşaq vaxtlarımdan avtomobillərə və avtomobil təmirinə çox marağım olub. Ən gözəl isə bir valideynin övladına üçün düzgün istiqamət seçməsi üçün dəstək olması, ona yol göstərməsidir. Hər bir valideynə məsləhətim odur ki, övladlarınızı kəşf edin və hansı sahəyə marağı varsa çalışın ki, o sahəyə yönəldəsiniz.

-  #TikTokdanÖyrən layihəsində "TikTokda kəşf et" nominasiyasına layiq görüldünüz və mükafat qazandınız. Layihəyə qoşulanda videonuzun uğurlu olacağına inanırdınız?

- Bəli qalib olacağıma inanırdım. Çünki bütün gördüyüm işlərin keyfiyyətinə bələdəm və çəkib paylaşdığım maarifləndirici videolarım cəmiyyət tərəfindən maraqla izlənir.

- Videonuzu digər məzmunlardan fərqləndirən və izləyicilərinizin diqqətini çəkən nədir?

- Bildiyimiz kimi, günü - gündən avtomobil sahibləri çoxalır və bazara yebi tip avtomobillər daxil olur. Buna görə bu xidmət sektoruna tələbat daha da artır. İşlərimizi səliqəli şəkildə görməyimiz və gördüyümüz işlərə zəmanət verməyimiz bizi digərlərindən fərqləndirən amildir.

- TikTok-da inkişaf etmək istəyən yaradıcılar üçün hansı tövsiyələriniz var? Onlar haradan başlamalı və nəyi nəzərə almalıdırlar? Faydalı məsləhətləriniz nədir?

- İlk öncə ən vacib məsləhətim paylaşılan videoların faydalı və maarifləndirici olmasına diqqət etməkdir. Bu həm səhifənin, həm də yaradıcı şəxsin sevilərək bütün kütlə tərəfindən izlənməsinə səbəb olacaq.

- Bu qələbə sizin məzmun strategiyanıza və ya TikTok-da inkişaf təcrübələrinizə necə təsir edəcək?

- Bu qələbə və mənə verilən dəyərli hədiyyə təbii ki, bu işdə mənə motivasiyamı verdi. Bu layihənin yaradıcılarına : TikTok baş ofisin nümayəndə heyətinə, Azərbaycanda ilk PR və marketinq şirkətlərindən olan Synergy Partnership şirkətinə , Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Layihədə zəhməti keçən hər bir şəxsə ayrı - ayrılıqda təşəkkür edirəm.

- TikTok-da daha çox uğur əldə etmək üçün gələcək planlarınız hansılardır?

- Gələcək planlarım öz işlərimdə daha da irəliləmək, gördüyüm işləri TikTok-da daha çox paylaşmaqdır. Ümid edirəm ki, gələcəkdə mənim timsalımda bu platforma üçün bütün faydalı content yaradan şəxslər daha ön planda olar. Belə layihələr etməklə daha çox uğur qazanmağımız üçün bizə dəstək olarlar. 

"AzPolitika.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
azpolitika.info

2Mənbələr