AZ

Magistraturaya İXTİSAS SEÇİMİ: Bu ixtisaslarda keçid balları arta bilər

 

“Ötən il magistratura təhsil səviyyəsində həddən artıq yumşalma olduğu üçün keçən illə müqayisədə bu il az qala faciəvi vəziyyətin yarandığı qeyd olunur, lakin vəziyyət ötənilki nəticələrdən də xeyli yaxşıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında magistratura təhsil səviyyəsi üzrə ixtisas seçimində bakalavrların qəbul şansları haqda danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.

Onun sözlərinə görə, magistratura təhsil səviyyəsinə qəbulla bağlı bir çox məsələləri bilməkdən ötrü ən tutarlı mənbə DİM-in “Magistr” jurnalının 3-cü sayıdır:

“Çünki qəbulla və ixtisas seçimi ilə bağlı çox vacib statistik datalar həmin nəşrdə toplanıb. Bir neçə faktı da diqqətə çatdırmaq istəyərdim. Bu il magistraturaya təhsil səviyyəsinə qəbulda artım və bu səviyyəyə olan maraq ötən illə müqayisədə xeyli çoxdur. Təxminən 900-ə qədər artım müşahidə olunur. Magistraturaya müraciət edənlərin sayı 24858 nəfər olub. Bu rəqəmdən bir çoxu 22557 nəfəri ixtisas seçimində iştirak etmək şansını əldə ediblər. Yəni tələb olunan mümkün balı toplaya biliblər. Bütün bunların nəticəsi olaraq, hazırda 22557 bakalavr, 15796 plan yeri uğrunda mübarizə aparır. Qeyd edim ki burada şanslar o qədər də az deyil.

Düzdür, müxtəlif sosial şəbəkələr, saytlarda magistraturaya qəbul olmanın bu il çətin olacağı, bir çox bakalavrın kəsiləcəyi məlumatları yayılsa da, rəqəmlər göz qabağındadır. Yəni 15796 şəxs magistr adını qazanacaq. Lakin 6 mindən bir qədər yuxarı bakalavr kəsiləcək. Deməli, indiki vəziyyət o qədər də, acınacaqlı deyil. Sadəcə, ötən il magistratura təhsil səviyyəsində həddən artıq yumşalma olduğu üçün, keçən illə müqayisədə bu il az qala faciəvi vəziyyətin yarandığı qeyd olunur. Lakin vəziyyət ötən ilki nəticələrdən də xeyli yaxşıdır. Ötən il 22448 nəfər, 14171 plan yeri uğrunda mübarizə aparırdı. Bu ilin isə rəqəmləri çox yaxşıdır. Plan yerlərinin sayı xeyli artıb”.

E.Nuri hesab edir ki magistraturaya qəbul üzrə ildən-ilə yumşalmalara gedilir:

“Deyilənlərə görə, bu il xüsusilə məntiq predmeti üzrə suallar çətin idi. Bu da uyğun balı toplamaqda bir çox magistr namizədlərimiz üçün çətinlik yaratmışdı. Lakin rəqəmlər bunun əksini deyir. Çünki 24858 nəfərdən 22557 nəfəri ixtisas seçiminə gedəcək. Məntiqin çətin salınması da bu il magistraturaya qəbulun çətin olması anlamına da gəlməməlidir. Bir çox namizəd magistr adını asanlıqla qazana biləcəklər. Məntiq predmetinin də çətin olmasının səbəbi də riyazi məntiqə daha çox güclü diqqətin ayrılması idi”.

Mütəxəssis keçid ballarının artıb-azalması ehtimalından da danışıb:

“Keçid ballarının artmasına gəldikdə isə bunu indidən demək çətin olar. Keçid balı öz-özünü formalaşdıran mexanizmdir. Keçid balını bilməkdən ötrü alqoritm sistemi işə düşməlidir. Bu zaman hər hansı ixtisasa qəbul müsaqibəsində iştirak edənlərin ümumi göstəricisi həmin müraciət edənlərin sayına bölünərək, alınan qalıq rəqəm keçid balını müəyyənləşdirir. Bu, riyaziyyatdır. İxtisas seçimi olmamış bunu dəqiq bilə bilmərik. Çünki hazırda ixtisas seçimi prosesi getdiyinə, hər hansı ixtisası nə qədər bakalavr seçəcəyini bilmədiyimiz üçün keçid balı haqqında dəqiq nəsə deyilməsi barədə fikirlərlə də razı deyiləm.

Proqnoz olaraq demək olar ki, plan yerlərinin sayı artığına görə bəzi ixtisaslarda keçid balının artması deyil, əksinə azalması gözlənilə bilər. Bəzi ixtisaslar da ballar nisbətən arta bilər”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
yenicag.az

1Mənbələr