AZ

“Sabah” üç basketbolçu ilə yeni müqavilə bağladı

Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Sabah” klubu üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Endər Poladxanlı, Şirzad Şirzadov və Əlikamran Məmmədov 2024/2025 mövsümündə də komandanın uğurları üçün çalışacaqlar.

Xatırladaq ki, “Sabah” artıq başa çatmış 2023/2024 mövsümündə Azərbaycan Basketbol Liqasının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
12
arena.az

10Mənbələr