AZ

Qara və əlvan metal ixracına tətbiq olunan gömrük rüsumları artırılacaq

Qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının (sınma, kəsilmə, dağılma və ya digər səbəblər nəticəsində təyin edilmiş məqsədlər üçün istifadəyə tamamilə yararsız olan metal məmulatları daxil olmaqla) ixracına tətbiq olunan gömrük rüsumları artırılacaq.


APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 aprel tarixli 457 nömrəli Fərmanının ləğv edilməsi haqqında” fərmanında əksini tapıb.


Fərmana əsasən, Nazirlər Kabineti qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının (sınma, kəsilmə, dağılma və ya digər səbəblər nəticəsində təyin edilmiş məqsədlər üçün istifadəyə tamamilə yararsız olan metal məmulatları daxil olmaqla) ixracına tətbiq olunan gömrük rüsumlarının artırılmasını və (və ya) müəyyən edilməsini üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
49
apa.az

10Mənbələr