AZ

Prezident İlham Əliyevdən qara və əlvan metal qırıntı və tullantılarının ixracının tənzimlənməsinə dair FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev Qara və əlvan metal qırıntı vətullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və“Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqətidayandırılması barədə” fərmanın ləğv edilməsi haqqında fərmanimzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti qara vəəlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının (sınma,kəsilmə, dağılma və ya digər səbəblər nəticəsində təyin edilmişməqsədlər üçün istifadəyə tamamilə yararsız olan metal məmulatlarıdaxil olmaqla) ixracına tətbiq olunan gömrük rüsumlarınınartırılmasını və (və ya) müəyyən edilməsini üç ay müddətində təminedib Azərbaycan Respublikasının Prezidentinə məlumatverməlidir;

Bu fərmanda nəzərdə tutulan ixrac gömrük rüsumlarınınödənilməsindən yayınmanın qarşısının alınması üçün metal qırıntı vətullantılarının emalı nəticəsində əldə olunan məmulatlar üzrə ixracgömrük rüsumlarının müəyyən edilməsini və (və ya) mövcud ixracgömrük rüsumlarının optimallaşdırılmasını dörd ay müddətində təminedib Azərbaycan Respublikasının Prezidentinə məlumatverməlidir;

Bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi metallurgiya sənayesi müəssisələrininqara və əlvan metal qırıntı və tullantı xammalına olan ehtiyacınınödənilməsi ilə bağlı, “Gömrük tarifi haqqında” AzərbaycanRespublikasının Qanununa uyğun olaraq tədbirlər görülməsinə zərurətyarandığı təqdirdə, təkliflərini Azərbaycan RespublikasınınNazirlər Kabinetinə təqdim etməlidir.

Dövlət Gömrük Komitəsi bu fərmandan irəli gələn məsələləri həlletsin.

4. “Qara və əlvan metal qırıntı və tullantıları ixracınınmüvəqqəti dayandırılması barədə” Azərbaycan RespublikasıPrezidentinin 2001-ci il 17 aprel tarixli 457 nömrəli Fərmanı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 4,maddə 227 (Cild I) ləğv edilsin.

Bu fərmanda nəzərdə tutulan qara və əlvan metal (qiymətsizmetal) qırıntı və tullantılarının ixracına gömrük rüsumlarınınartırılması və (və ya) müəyyən olunması barədə normativ hüquqi aktqüvvəyə mindikdən 60 (altmış) gün sonra qüvvəyə minir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
49
az.trend.az

10Mənbələr