AZ

MOİK 4 yeni futbolçu ilə anlaşıb

"İyulun 10-da toplaşacağıq. Hələlik seleksiya işlərimiz davam edir". Bu sözləri Sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi Qəzənfər Abbasov bildirib.
 
Ordu klubunun çalışdırıcısı düşərgədən ayrılan və komandaya yeni qoşulanların da olduğunu söyləyib: "Komandadan gedən oyunçular var. Əvəzində heyətimizə 4 futbolçu cəlb etmişik. Adları açıqlamayacam. Onlar arasında həm elita, həm də 1-ci liqa təcrübəsi olan oyunçular var".
 
Qeyd edək ki, MOİK ötən mövsüm I Liqada 3-cü yeri tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
sport24.az

1Mənbələr