AZ

NATO "total müharibə"yə başlamaq istəyir - Fransalı siyasətçi

İyunun 23-də Ukrayna hərbçilərinin Sevastopola hücumu münaqişənin kəskinləşdiyini göstərir və NATO-nun "total müharibə" başlatmaq niyyətinə dəlalət edir.

Bakıvaxtı.az xəbər verir ki, Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippot deyib.

"Rusiya ABŞ-ı Sevastopola zərbə endirməkdə ittiham edib və cavab tədbirləri vəd edib. Eskalasiya göz qabağındadır. NATO total müharibə istəyir", - o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Filippot qeyd edib ki, belə bir hücum ABŞ-ın Kiyevi taktiki ATACMS raketləri ilə təchiz etdiyi üçün mümkün olub.

Bununla bağlı o, yenidən Fransanı Ukraynaya istənilən tədarükləri dayandırmağa və NATO-dan çıxmağa çağırıb.

Günel Abbas

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
bakivaxti.az

1Mənbələr