AZ

Təkcə bir məhsul insanı xilas edə bilər

Yalnız bir məhsul, müntəzəm olaraq istehlak edildikdə, sinir sistemini gücləndirə, yaddaşı və performansı yaxşılaşdıra, yuxunu və əhval-ruhiyyəni normallaşdıra bilər.  

Bu, bolqar bibəridir və onun unikal xüsusiyyətləri var.

“Cebhe.info” xəbər verir ki, “Rospotrebnadzor”un Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin eksperti Yuliya Zotova belə deyib.

O qeyd edib ki, bu məhsul C vitamini ilə zəngindir, orqanizmdə metabolik prosesdə iştirak edir, həmçinin sərbəst radikalları neytrallaşdırır, interferonların istehsalını stimullaşdırır, dəridə kollagenin əmələ gəlməsində iştirak edir:

“O, həmçinin amin turşularının mübadiləsində və sinir hüceyrələri ilə hədəf hüceyrələr arasında siqnal ötürən neyrotransmitterlərin sintezində iştirak edən B6 vitamini ehtiva edir. Məhz bu vitamin sinir sistemini gücləndirir, yuxunu və əhval-ruhiyyəni normallaşdırır”.

Bibərdə həmçinin ürək əzələsinin fəaliyyətini, həmçinin dərinin və saçın vəziyyətini yaxşılaşdıran kalium, kalsium, fosfor, maqnezium, sink var.

Seçilən
70
cebheinfo.az

1Mənbələr