AZ

Gürcüstan ona milyonlar qazandıranı yox, yenə din qardaşını seçdi: Turizmdə də

Ermənistan və Gürcüstan turizm sahəsində əməkdaşlığı dərinləşdirmək üçün işçi qrup yaradacaq.

Adalet.az xəbər verir ki,  bu barədə Ermənistan təşkilatının rəhbəri Mexak Apresyan jurnalistlərə bildirib.

Məlumata görə, Ermənistan Turizm Federasiyası və Gürcüstan Turizm Assosiasiyası Yerevanda bu barədə razılığa gəliblər.

İşçi qrupuna dövlət və özəl sektordan olan nümayəndələr daxil olacaq, onlar tezliklə sərhəddə ilk iclaslarını keçirəcək və oradakı problemləri müzakirə edəcəklər.

 P.S.P.S. Məlumdur ki, Gürcüstana ən böyük turist axını Azərbaycandan gedir. Amma Gürcüstan işçi qrupunu Ermənistanla yaradır. Məsələn bu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,5 % artaraq 808,1 min nəfər olub. Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,4 %, Türkiyəyə gedənlərin sayı 27,1 %, Gürcüstana gedənlərin sayı 21,3 %, Rusiyaya gedənlərin sayı 14,9 % artıb. Azərbaycan vətəndaşlarının 38,9 %-i Türkiyəyə, 21,9 %-i Rusiyaya, 8,9 %-i Gürcüstana, 8,6 %-i İrana, 21,7 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,3 %-ni kişilər, 32,7 %-ni qadınlar təşkil edib.

 Amma Gürcüstan...

 Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
adalet.az

1Mənbələr