AZ

Millimiz Rusiyaya yollandı

Azərbaycan yığması iyunun 26-da start götürəcək uşaqlar və yeniyetmələr arasında fərdi və komanda idman növləri üzrə “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında iştirak etmək üçün Rusiyanın Yakutsk şəhərinə gəlib.

Apasport.az xəbər verir ki, ölkəmizin yığmasının gəlişi şərəfinə idmançıların yerləşdiyi kənddə Azərbaycanın Dövlət Himninin sədaları altında Azərbaycan Bayrağı qaldırılıb.

Oyunlarda idmanın 16 növü – cüdo, stolüstü tennis, üzgüçülük, bədii gimnastika, mas-restlinq, yunan-Roma güləşi, sərbəst güləş, yüngül atletika, oxatma, qayaya dırmanma, boks, “alış”, “kuraş”, “xapsaqay” güləş növləri üzrə 80 azərbaycanlı idmançı iştirak edəcək.

Qeyd edək ki, “Asiya uşaqları” Oyunlarının açılış mərasimi iyunun 26-da Yakutskun “Tuymaada” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
apasport.az

1Mənbələr