AZ

Viktor Orban Ursula fon der Leyenə qarşı çıxdı: yenidən seçilməsin!

Macarıstanın baş naziri Viktor Orban bu vəzifədə Avropa Komissiyasının sədri Ursula fon der Leyenin ikinci müddətə yenidən bu vəzifəyə seçilməsinə qarşı çıxıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Orban fon der Leyenin sözügüdən vəzifədə pis çalışdığını əsas gətirib.
 

Jurnalistlər Orbandan niyə fon der Leyenin yenidən seçilməsinə mane olmaq istədiyini soruşduqda, Macarıstanın baş naziri uğursuzluqlarından danışıb.

“Onun aşağı nəticələrinə görə. “Yaşıl” transformasiya tamamilə uğursuz idarəetmədir; miqrasiya paketi heç bir problemi həll etmir. Avropanın daha yaxşı liderliyə ehtiyacı var. Bunu edə biləcək kifayət qədər istedadlı siyasətçilər var”, - Orban deyib.

Avropa Parlamentinə seçkilərin nəticələrindən danışan siyasətçi qurumun əvvəlki tərkibinin zəif tərəflərini qeyd edib.

Seçkilərin nəticələri göstərdi ki, avropalılar dəyişiklik istəyirlər, lakin Orban eyni hökumət koalisiyasının hakimiyyətdə qalacağına inanır.

“Baş verənlərdən razı deyiləm. Bizim struktur problemimiz var”, - o əlavə edib.

Ursula fon der Leyen ikinci müddətə Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb. Yenidən seçilmək üçün İ liderləri onun namizədliyini yeni Avropa Parlamentinin plenar iclasında səsverməyə təqdim etməlidirlər və onun ən azı 361 səs toplaması lazımdır.

İyunun 24-də Brüsseldə Avropa İttifaqı ölkələrinin qeyri-rəsmi sammiti keçiriləcək və burada strukturun növbəti beş il üçün strateji gündəliyi, həmçinin Avropa Komissiyası, Avropa İttifaqı Şurasının, Avropa diplomatiyasının rəhbərləri vəzifələrinə namizədlər müzakirə olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
modern.az

1Mənbələr