AZ

Bakı üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, iyunun 24-30-da paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.

Şahmat üzrə 14-16 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatı - final – 16-24 iyun (Bakı);
Bilyard üzrə ("POOL-8") ölkə çempionatı – 22-24 iyun (Bakı);
MMA və pankration üzrə U-17, U-20, 21+ yaşlılar arasında ölkə birinciliyi və çempionatı – 24-25 iyun (Hövsan);
Nərd üzrə Pirallahı rayon turniri - 24-25 iyun, saat 11:00 (Pirallahı Gənclər Mərkəzi);
Stend atıcılığı üzrə ölkə çempionatı – 24-29 iyun (Bakı);
Həndbol üzrə 2006, 2008 və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında ölkə birinciliyi - final – 25-30 iyun (Bakı);
Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında ölkə çempionatı – 25-28 iyun (Bakı);
Güllə atıcılığı üzrə Bakı şəhər kuboku - 26-29 iyun, saat 11:00 (Bakı Atıcılıq Mərkəzi);
Şahmat üzrə "Baku Open 2024" beynəlxalq turniri – 28 iyun - 8 iyul (Bakı);
Dövlət qurumları arasında kamandan oxatma üzrə yarış – 29 iyun (Bakı);
Gənclər və İdman Nazirliyinin 30 illik yubileyinə həsr olunmuş qalaqapı-qo üzrə həvəskarlar arasında Bakı şəhər turniri - 30 iyun, saat 11:00 (Evrika liseyi);
Gənclər və İdman Nazirliyinin 30 illik yubileyinə həsr olunmuş 3×3 stritbol üzrə 2011-2012-ci təvəllüdlü idmançılar arasında Nəsimi rayon turniri - 30 iyun, saat 11:00 (9 nömrəli UGİM).

İdman.biz

Məqalədə:
Seçilən
143
idman.biz

1Mənbələr