AZ

Qarabağ kəndinin şagirdlərinin kiberhücumlardan qorunması gücləndirilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyilə Füzuli rayonunun Qarabağ kənd orta məktəbində "Kibertəhlükəsizlik düşərgəsi” adlı 3 günlük 24 akademik saatdan ibarət təlimlər təşkil olunub.

Sözügedən təlimlər Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihəsi olan Kənd şagirdlərinin "Kibertəhlükəsizlik düşərgəsi” adlı layihə çərçivəsində həyata keçirilib. 

İcra müddəti 3 ay olan layihənin məqsədi kənd yerində yaşayan şagirdlərin kiber hücumlardan qorunmasının gücləndirilməsidir.  

Qeyri-formal təhsil metodları ilə təşkil olunan təlimlərdə Qarabağ kənd orta məktəbinin 28 şagirdi və müəllimi iştirak edib. Effektiv öyrənmə mühitinin təmin olunması məqsədilə hər sesiya öncəsi iştirakçılar ilə hərəkətləndirici oyunlar təşkil edilib. Təlim boyu kənd şagirdlərinin kompüter avadanlıqları ilə praktiki tanışlığına imkan yaradılıb, şagirdlərə kompüter istifadəsi zamanı üzləşə biləcəkləri aktual problemlər və həll yolları öyrədilib.  Təlimlər nəticəsində şagirdlərin mövcud kiber təhdidlər və onlardan müdafiə yolları haqqında bilik və bacarıqları artırılıb. 

Təlimlər kibertəhlükəsizlik üzrə ekspertlər Zahir Zahirov, Elman Mütəllimov və təlimçi Fərhad Abdulov tərəfindən keçirilib.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
qaynarinfo.az

1Mənbələr