AZ

Bu şəhərdə istilər nəticəsində son 24 saatda 14 nəfər öldü

Pakistanın Kəraçi şəhərində son 24 saatda artan istilər nəticəsində 14 nəfər ölüb.

Publika.az xəbər verir ki, şəhərdə havanın temperaturu 45 dərəcəni keçib. Hətta bəzi bölgələrdə temperatur 53 dərəcəyə çatıb.

İstilər nəticəsində ölənlərin əksəriyyəti 25-45 yaş aralığındadır. Səlahiyyətlilər insanlara vacib hallar istisna olmaqla, evlərini tərk etməmələri, bol maye içmələri və səyahət etməmələri barədə xəbərdarlıq ediblər.

Pakistan Meteorologiya Departamenti (PMD) bu gün Kəraçinin şimal-qərbindən əsəcək isti küləklərlə temperaturun daha da arta biləcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
publika.az

1Mənbələr