AZ

"Bitcoin" son 24 saat ərzində 4,6 faizdən çox dəyər itirib

"Bitcoin" də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 4,5 faiz azalaraq 2 trilyon 240 milyard dollara düşüb.

"Operativ Media"nın məlumatına görə, analitiklər  "Bitcoin" və digər kriptovalyutaların qiymətlərinin azalmasını Mt. Gox birjasının 2014-cü ildə oğurlanmış aktivləri sahiblərinə paylayacağını elan etdiyi üçün baş verdiyi ilə əlaqələndiriblər.

Artıq fəaliyyət göstərməyən Mt. Gox birjasının gələn həftədən etibarən sahiblərinə təxminən 10 milyard dollar dəyərində kripto aktivləri paylayacağı gözlənilir və bu aktivlərin ən azı bir hissəsinin satılacağı gözlənilir.

Analitiklərin fikrincə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələcəkdə atacağı addımlarla bağlı qeyri-müəyyənlik kriptovalyutalarda satış təzyiqi də yaradır.

Məlumata görə, son 24 saatda qiymətində 4,6 faizdən çox ucuzlaşan bitkoin 61 min 310 dollar səviyyəsinə düşüb.

Bazar dəyərinə görə ikinci sırada olan "Ethereum" son 24 saatda təxminən yüzdə 5,5 dəyər itirərək 3 min 306 dollar səviyyəsinə geriləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
operativmedia.az

1Mənbələr