AZ

Məcnun Məmmədov kənd təsərrüfatı sahəsində heç bir fərq yarada bilmədi - EKSPERT

Məcnun Məmmədov kənd təsərrüfatı sahəsində heç bir fərq yarada bilmədi - EKSPERT

Bazarlarda kənd təsərrüfatı məhsullarının qiyməti “od tutub yanır” desək, yəqin ki, hər kəs bizimlə razılaşar. Gilasın kilosu 3.5 manatdan, əriyin, şaftalının kilosu 5 manatdan aşağı düşmür. Tərəvəzlərin qiymətində də ciddi ucuzluq yoxdur. Ötən illə müqayisədə bu il tərəvəz də baha satılır. Ölkə ərazisində kifayət qədər meyvə-tərəvəz yetişdirilsə də, qiymətlərin belə baha olması sual yaradır: nə çatışmır? Məhsulların maya dəyəri niyə belə bahadır? Kənd təsərrüfatı sahəsində son islahatlar – nazir dəyişikliyi nə ilə nəticələnib? Yeni nazir Məcnun Məmmədovun fəaliyyəti dövründə hansı islahatlar başlayıb, hansı yeniliklər baş verib? “Kənd təsərrüfatı sahəsində son dəyişiklikdən, yeni nazir təyinatından sonra elə ciddi dəyişiklik, islahat yoxdur. Kənd təsərrüfatına dövlət dəstəyi demək olar ki, eyni qaydada davam edir, hətta bu istiqamətdə artım müşahidə edilir”. Bunu AFN.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli deyib. Onun sözlərinə görə, subsidiyaların verilməsində eyni qayda tətbiq edilir, digər nəticələrə baxanda da hansısa məhsul üzrə məhsuldarlığın artımı gözə çarpmır: “Ölkə üçün əsas strateji əhəmiyyəti olan taxıldır, bu sahədə də ciddi dəyişiklik yoxdur, biz yenə xaricdən taxıl idxal edirik. Bu idxal da azalmayıb. Yəni hər hansi ciddi dəyişiklik, yaxud islahatın başlanması da yoxdur ki, deyək yeni nazir gələndən sonra filan işləri gördü. Ona görə də dəyərləndirməni apararkən müqayisə də edə bilmirik. Mənim müşahidələrim ondan ibarətdir ki, kənd təsərrüfatında nazir dəyişikliyi heç bir fərq yaratmadı. Fərq ondan ibarət oldu ki, 2023-cü ildə dövlət büdcəsindən kənd təsərrüfatına 1 milyard 200 milyon vəsait ayrılmışdı,2024-cü ildə bu vəsait 1 miıyard 100 milyona endirildi, amma dövlət büdcəsinə əlavə və dəyişikliklər edilən zaman həmin o 100 milyon manat yenidən ayrıldı, həmin o 1 milyard 200 milyonluq hədd bərpa edildi”.A.Nəsirlinin sözlərinə görə, ölkədə kənd təsərrüfatı üçün ciddi su çatışmazlığı var, amma bu istiqamətdə hər hansı işlər görülmür: “Rayonlarda su anbarlarının tikilməsi ilə bağlı planlar qalır. Ölkədə ciddi problemlərdən biri seleksiya vasitəsilə yerli iqlimə, mühitə uyğun toxumun yetişdirilməsidir. Bu, həm Kənd Təsərrüfatı Nazirliyinin özünün işi olmalıdır, həm də kənd təsərrüfatı üzrə ixtisaslaşmış təhsil mərkəzlərində, elmi-tədqiqat institutlarında bu istiqamətdə işlər aparılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə bu işlər reallaşdırılmalıdır, amma bu istiqamətdə də ciddi addımların atıldığı müşahidə edilmir. Kənd təsərrüfatının əsas problemlərindən biri də subsidiyaların tam nağdlaşdırılması məsələsidir. Buna fermerlərin ehtiyacı var. Məsələn, fermer subsidiyaların yalnız 25 faizini nağdlaşdıra bilər, qalanını qeyri-nağd yolla almalıdır. Bundan istifadə edən işbazlar, həmin vasitələri baha qiymətə satırlar fermerlərə, həm də keyfiyyət problemi olur. Fermerlərə başqa çıxış yolu qoyulmadığı üçün verilən subsidiyalar sərfəli xərclənə bilmir”.Ekspert onu da qeyd etdi ki, bu sahədə irəliləyişlərin olması üçün Kənd Təsərrüfatı Nazirliyinin ciddi diqqət ayırması, sahənin inkişafı üçün işlər görməsi kimi səlahiyyətləri olmalıdır: “Nazirlikdə bu işləri görmək üçün birinci növbədə siyasi iradə, ikinci növbədə mütəxəssis bazası olmalıdır. Siyasi iradə nə üçün lazımdır? Hökumət nazirlik qarşısında məsələ qoymalıdır ki, sizin qarşınızda bu hədəflər var, onlara çatmaq üçün siz gərəkən tədbirlər görməlisiz, bunun üçün də filan qədər vəsait ayrılmalıdır. Amma məsələ ondadır ki, yeni nazir təyin olunandan sonra büdcədən kənd təsərrüfatına ayrılan vəsaitlərdə azalma müşahidə olundu. Bu azalma büdəcə yenidən baxılanda bərpa olunsa da, ötən illər müqayisədə biz eynivəsaiti xərcləmiş olduq bu sahəyə. Kənd təsərrüfatına ayrılan vəsait ildən-ilə artmalıdır. Bu artımı da təmin etmək üçün nazirlik əsaslandırma qoymalıdır ortaya. Yəqin ki, bunlar yoxdur, ona görə də vəsait azalır, inkişaf da yoxdur. Hər halda, mən müsbətə doğru nəyinsə dəyişdiyini müşahidə eləmirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
afn.az

1Mənbələr