AZ

Qaydalara düzgün əməl etməyən sürücü qəza şəraiti yaratdı - VİDEO

Bakı dairəvi yolunda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, 77-MC-754 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü tormozlama zolağından düzgün istifadə etməyib. Belə ki, sürücü son anda sağa manevr edərək istiqamətini dəyişmək istəyib. Bu zaman görüntünü qeydə alan yük avtomobilin qarşısına keçərək təhlükə yaradıb.

Qeyd edək ki, tormozlama zolağı olan yollarda sürücülər həmin zolağa keçdikdən sonra sürəti azaltmalıdırlar. Həmin zolağa vaxtında daxil olmadan istiqaməti dəyişmək qayda pozuntusu hesab olunur. Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.

 

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
avtosfer.az

2Mənbələr