AZ

Qazaxıstan Dağıstanda törədilən terror aktlarının araşdırılmasında Rusiyaya yardım təklif edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Prezidenti Vladimir Putinə Dağıstanda baş verən terror hücumları ilə əlaqədar başsağlığı verib.

Olaylar xəbər verir ki, Qazaxıstan Prezidenti güc strukturları vasitəsilə əməliyyat-axtarış fəaliyyətlərinin həyata keçirilməsində Rusiyaya kömək təklif edib.

Prezident qeyd edib ki, Qazaxıstan bu qeyri-insani hərəkəti qətiyyətlə pisləyir, BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatların himayəsi altında terrorizmə qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın inkişafını dəstəkləyir. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
82
2
olaylar.az

4Mənbələr