AZ

Avstraliya üçün yeni M1A2 “Abrams SEP V3” tankları hazırlanıb

ABŞ müdafiə sənayesi tərəfindən Avstraliya üçün yeni M1A2 “Abrams SEP V3” əsas döyüş tanklarının bir partiyası artıq hazırlanıb.

“Poliqon” xəbər verir ki, müvafiq fotoları zirehli texnikalar üzrə tədqiqatçı Andrey Tarasenko özünün Telegram səhifəsində paylaşıb.

Müəllifin qeydinə əsasən, fotolarda ABŞ-ın Kaliforniya ştatının Oksnard şəhərində Port Hueneme qəsəbəsinə doğru hərəkət edən tanklar olan qatar əks olunub.

Bu tankların Avstraliya Silahlı Qüvvələri üçün olması onların xarakterik üç rəngli kamuflyajı və tətbiq olunan identifikasiya işarələri ilə müəyyən edilir.

Xatırladaq ki, Avstraliya Silahlı Qüvvələrinə 75 ədəd M1A2 SEP V3 tankının tədarükü ilə bağlı müqavilə 2022-ci ilin yanvarında bağlanıb. ABŞ hökuməti ilə müqavilənin bağlanması hökumətlərarası Foreign Military Sales (FMS) proqramı çərçivəsində baş tutub. Bundan əvvəl ABŞ Dövlət Departamenti Avstraliya ilə potensial silah satışı müqavilələrini təsdiqləyib.

Tanklardan başqa, bu müqaviləyə 29 ədəd M1150 “Assault Breacher Vehicles” (ABV) zirehli mühəndis maşını, 18 ədəd M1074 “Joint Assault Bridges” (JAB) tank körpüqurucusu və 6 ədəd M88A2 “Hercules” zirehli təmir-təxliyyə maşını daxildir.

Bu satınalma Avstraliya Müdafiə Nazirliyinin əsas döyüş tankları parkının modernləşdirilməsi (LAND 907 Faza 2) və zirehli mühəndis maşınlarının (LAND 8160 Faza 1) alınması proqramları çərçivəsində həyata keçirilib. Müqavilənin ümumi dəyəri 2.5 milyard ABŞ dolları qiymətləndirilir texnikaların ilk tədarükü artıq bu il baş tutmalıdır, ilkin əməliyyat hazırlığının əldə edilməsi isə 2025-ci ilə planlaşdırılır.

Təsdiq olunmuş planlara əsasən yeni M1A2 SEP V3 tankları hazırda Avstraliya Ordusunun silahlanmasında olan 59 ədəd M1A1 SA tankını əvəz edəcək. M1A1 SA tankları 2006-cı ildə Avstraliya tərəfindən ABŞ Silahlı Qüvvələrində mövcud olanlar sırasından satın alınıb.

M1A2 SEP V3 (System Enhancement Package version 3) “Abrams” tankı təkmilləşdirilmiş sistemlərinin 2015-ci il nümunəli üçüncü paketidir. Qeyd etmək lazımdır ki, M1A2 SEP V3 Abrams tankının təkmilləşdirilməsi ABŞ Ordusunun perspektivli briqada döyüş qrupunun bütün elementləri və döyüş hissələri ilə radio rabitəsini saxlamağa imkan verən ən son JTRS (Joint Tactical Radio System – birgə taktiki radio sistemi) radiorabitə vasitələri kompleksinin quraşdırılmasını əhatə edir. Atəşi idarəetmə sisteminə iki növ – proqramlaşdırıla bilən partladıcılı ХМ1147 (Advanced Multi-Purpose) çoxməqsədli və yeni M829E4 АКЕ (Advanced Kinetic Energy) zirehdələn çapaltı atəş yığımından istifadə etməklə atəş aparmaq üçün ADL (Ammunition Data Lin) avadanlığı daxildir. Bunlardan başqa, tuşlayıcının nişangahında və komandirin müstəqil panoramik nişangahında görüntünün yüksək dəqiqliklə displeylərdə nümayiş etdirilməsini təmin edən yeni IFLIR termal cihazlar quraşdırılmışdır. M1A2 SEP V3 “Abrams” tankının ABŞ Ordusu üçün nəzərdə tutulmuş variantlarına təkmilləşdirilmiş “Rafael Trophy HV” aktiv müdafiə kompleksi də quraşdırılır.

Daha əvvəl xarici mətbutda Ukraynanın istifadə olunmuş Avstraliya M1A1 tanklarında maraqlı olduğu bildirilmişdi. Ukrayna Avstraliyada M1A2 versiyası ilə əvəz olunması planlaşdıran 59 ədəd M1A1 Abrams tanklarını almaqda maraqlı olduğunu açıq şəkildə bəyan edib. Belə ki, Ukrayna səfiri və Avstraliyadakı Ukrayna Təşkilatları İttifaqının həmsədri Avstraliya hökumətini “Abrams” tanklarını, “Taipan” helikopterlərini Ukraynaya təhvil verməyə və müdafiə sahəsində maliyyə yardımının həcmini artırmağa çağırıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

448976280

449092217

Əhəd Vahidoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
poliqon.az

1Mənbələr