AZ

Ronaldo üçün meydançaya atılan oğlanın kim olduğu məlum oldu

AVRO-2024-də Türkiyə - Portuqaliya matçında meydana daxil olub Kriştiano Ronaldo ilə şəkil çəkdirən oğlanın kim olduğu məlum olub. 
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, balaca oğlan etdiyi cəsarətli hərəkətlə dünya mediasının gündəminə çevrilib.
 
Məlum olub ki, balaca oğlan Türkiyə vətəndaşı olan 10 yaşlı Berat Uluğdur. Matç öncəsi dostları ilə mərc edən Berat bu barədə atası Çətin Uluğa heç nə deməyib. Berat atasına \"ayaqyoluna gedirəm\" deyərək oturduğu yeri tərk edib.
 
Berat bildirib ki:
 
\"Mən arzularımı həyata keçirdim. İndi mənim Ronaldo ilə şəklim var. Mən bunu köynəyin üzərinə çap edib otağımda saxlayacağam.\"
 
Oksana
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
azxeber.com

1Mənbələr