AZ

Paşinyan video yaydı - Hərbçilər səngər qazırlar

Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında bir qrup hərbçinin səngər qazdığı yerdə çəkilmiş videosunu dərc edib.

Teleqraf.com xəbər verir ki, baş nazir videodakı hərbçilərin hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvü olduqlarını və görüntünün 2016-cı ildə çəkildiyini yazıb.

Paşinyan videogörüntünün üstündə bunları qeyd edib:

“Dünən Kotayk vilayətində mənə hədiyyə olaraq, 2016-cı ildə “Vətəndaş Müqaviləsi”nin üzvü olmayan bir şəxs tərəfindən çəkilmiş belə bir video gəldi. Bu, “Vətəndaş Müqaviləsi” qrupunun səngər qazması epizodu ilə bağlıdır.

Əlbəttə, videoda heyətin bütün üzvləri görünmür, əksəriyyəti bu gün yüksək vəzifəli şəxslərdir: nazirlər, digər icra strukturlarının rəhbərləri, deputatlar, icma rəhbərləri və sair”.

Ermənistan baş naziri videonun hansı istiqamətdə çəkildiyini açıqlamayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
teleqraf.com

1Mənbələr