AZ

Parlament seçkiləri bu tarixdə keçiriləcək - Tural Abbaslıdan açıqlama

“Hələlik parlament seçkilərinin tarixi bilinmir, amma biz bir neçə aydır ki, seçkiyə hazırlaşırıq. Hətta seçki qərargahı da formalaşdırılıb. İndi əsas məsələ namizədlərin dairələr üzrə müəyyənləşdirilməsidi və təbii ki, onların dəstək imzalarının toplanması üçün lazım olan tədbirlərdir”.

Bunu Bakupost.az -a açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

O, parlament seçkilərinə hazırlıqla bağlı hələlik texniki işlərin getdiyini bildirib:

“Təqvim müəyyən olunmayıb deyə biz hələlik ümumi yanaşmağa məcbur qalmışıq. Amma tarix bəlli olandan sonra konkret addımlar atıla bilər”.

T.Abbaslının fikrincə, seçkilərin sentyabrda keçiriləcəyini bildirib:

“Seçkinin müddəti 60 gündür. Prezidentə müraciət iyunun 21-də olub və səhv etmirəmsə 28-də parlamentin sonuncu iclası olmalıdır. İyulun 1-də seçki elan olunsa, çox ehtimal ki, səsvermə sentyabrın 1-i və ya 8-nə təyin olunacaq. Amma proses iki ay öncədən başlayıb”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
bakupost.az

2Mənbələr