AZ

Endrikin “Real”la müqavilə bağlayacağı tarix

Braziliyalı hücumçu Endrikin “Real”la müqavilə bağlayacağı tarix müəyyənləşib. Matc.az xəbər verir ki, forvard 18 yaşı tamam olduğu gün, iyulun 21-də İspaniya çempionu ilə müqavilə imzalayacaq. Endrik iyulun 26-da isə azarkeşlərə təqdim olunacaq. Hər iki tədbir Madriddə baş tutacaq. Təqdimatın “Santiaqo Bernabeu” stadionunda reallaşmaq ehtimalı var. Gənc oyunçu daha sonra ABŞ-a yollanaraq, təlim-məşq toplanışı üçün komandaya qoşulacaq. Braziliyalı hücumçunun “Real”da 16 nömrəli formanı geyinəcəyi gözlənilir. Qeyd edək ki, “Real” Endrikin “Palmeyras”dan transferini ilkin 35 milyon avro, əlavə olaraq 25 milyon avro potensial bonuslar qarşılığında həyata keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
matc.az

2Mənbələr