AZ

İtaliya millisinin üzvü: "Xorvatiya ilə oyuna qələbə üçün çıxacağıq"

İtaliya millisinin müdafiəçisi Alessandro Bastoni AVRO-2024-də Xorvatiya ilə oyundan gözləntilərini bölüşüb.

Sportal.az xəbər verir ki, UEFA-ya danışan italiyalı futbolçu bu gün keçiriləcək oyuna qələbə üçün çıxacaqlarını deyib:

“Xorvatiyanın İspaniya ilə oyununa baxmışıq. Məğlub olsalar da, çoxlu qol imkanları yaratdılar. Onlara böyük hörmətim var. Xorvatiyada millidə 80-dən çox oyun keçirmiş futbolçular yer alıb. Milli komandada İspaniya ilə oyunda səhv etdiyimiz barədə çox danışdıq. Uduzan zaman ya məyusluğa təslim olursan, ya da problemi həll etməyə çalışırsan. Xoşbəxtlikdən futbol hər zaman ikinci şans verir. Nəyi itirdik? Performansımızı nəzərə alsaq, hər şeydən bir az çatışmadı. Amma hər şeydən çox, yəqin ki, bizdə özümüzə inam və cəsarət çatışmadı. Meydana heç-heçənin bizə kifayət etdiyini düşünərək çıxmayacağıq. Həmişə olduğu kimi, meydana qələbə üçün çıxacağıq".

Qeyd edək ki, Xorvatiya - İtaliya matçına 23:00-da start veriləcək. İspaniya 6 xalla liderdir, İtaliya 3 xalla ikinci pillədə yer alıb. Albaniya və Xorvatiya isə hərəyə bir xalla 3-4-cü yerləri bölüşür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
sportal.az

1Mənbələr