AZ

Belçika İsrail şirkəti ilə ticarəti dayandırmaq qərarına gəldi

Antverpen bələdiyyəsi baş direktorunun fələstinlilərə qarşı nifrət dolu çıxışına görə elektrik avtomobilləri istehsal edən İsrail şirkəti ilə iş görməkdən imtina edib.

Turkustan.az xəbər verir ki, Belçikada Antverpen Bələdiyyəsi baş direktorunun fələstinlilərə qarşı nifrət dolu çıxışı səbəbilə elektrik avtomobilləri istehsal edən İsrail şirkəti ilə iş görməkdən imtina edib.

Belçikanın rəsmi agentliyi Belga-nın Antverpen meriyasına əsaslanaraq verdiyi xəbərə görə, İsrailin EZRaider adlı şirkətinin baş direktorunun fələstinlilərə qarşı irqçi və nifrət dolu ifadələr ehtiva edən açıqlamaları üzə çıxıb.

Bu ifadələri "qəbuledilməz" hesab edən Antverpen Bələdiyyəsinin rəhbərliyi yekdilliklə EZRaider ilə satınalma prosesini dayandırmaq qərarına gəlib.

Qəzzada davam edən hücumlara baxmayaraq Antverpen Bələdiyyəsinin İsrail şirkətindən elektriklə işləyən avtomobil parkı almaq cəhdi müzakirələrə səbəb olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
turkustan.az

2Mənbələr