AZ

Somnoloq: Gecələr oyanaraq tualetə getmək stress və xəstəlikdən xəbər verir

Somnoloq Yelena Çareva bildirib ki, gecə tualetə getmək üçün oyanmaq stress və yuxusuzluqdan, həmçinin ürək-damar sisteminin bir sıra xəstəliklərindən xəbər verə bilər.

Aztibb.az “Medzdrav İnfo”ya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, yeddi yaşına çatdıqdan sonra gecə tualetə getmək üçün qalxmaq anormallıq sayılır.

“Yeddi yaşdan sonra tualetə getmək üçün gecə qalxmaq və gecə oyanmaq normal deyil. Stress, yuxusuzluq və ya digər yuxu pozğunluqları orqanizmin gecələr daha aktiv olmasına səbəb olur”, - deyə izah edib.

Somnoloqun bildirib ki, ürək və damarların fəaliyyəti ilə bağlı bəzi xəstəliklər sidikqovucu təsir göstərir. O, həmçinin xatırladıb ki, axşam və yatmazdan əvvəl alkoqol, kofein, qarpız və hipertoniya üçün dərman qəbul etmək tövsiyə edilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
aztibb.az

1Mənbələr