AZ

ABŞ-də milyonlarla insan həddindən artıq istilərlə mübarizə aparır

ABŞ-nin 27 ştatında təxminən 100 milyon insan həddindən artıq isti havada gileylənir.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, yüksək təzyiq sisteminin uzun müddət eyni ərazidə asılması və altında isti havanın tutulması nəticəsində meydana gələn \"istilik qübbəsi”nin genişlənməsi həddindən artıq temperaturlara səbəb olur.

Bildirilib ki, Nyu-Yorkda temperatur 35,5 dərəcəni keçə bilər ki, bu da 136 illik rekorddur.
 
Qeyd edilib ki, Vaşinqton ştatında havanın temperaturu 2012-ci ildən bəri ilk dəfə iyun ayında 37,7 dərəcəyə çatıb.

ABŞ-nin qərbindəki Kaliforniya, Nevada, Arizona və Yuta ştatlarında temperaturun 37,7 dərəcəni keçəcəyi gözlənilir.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
azxeber.com

1Mənbələr